19 dekabr 2012 13:37
Yunis Hüseynov Neftçinin son uğursuzluqlarını şərh etdi
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov “Neftçi”nin Premyer Liqadakı son uğursuzluqlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi” bu mövsüm artıq Avropa Liqasının qrup mərhələsinə düşməklə Azərbaycan futbolunda tarix yazıb. Komandanı hər oyundan sonra tənqid etməyə dəyməz. Son nəticələrinə baxmayaraq, bu komandanın çempion olmaq şansı var. Mümkündü ki, son uğursuzluqlara ağır qrafik də təsirsiz ötüşmür. Bu mövsüm onlar həftəyə iki oyun keçirirlər”.