20 dekabr 2012 01:35
İngiltərə Liqa Kuboku: Chelsea də yarimfinalda!
Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə matçında “Leeds” və “Chelsea” qarşılaşıb.
Premyer Liqa təmsilçisi səfərdə oynasa da, aşağı liqa təmsilçisinə darmadağınla qalib gəlib. Beləcə, “zadəganlar” yarımfinala son vəsiqənin sahibi olublar.
Qeyd edək ki, bu mərhələnin digər oyunları bir müddət öncə keçirilmişdi. “Chelsea” ilə yanaşı yarımfinala “Aston Villa”, “Bradford City” və “Swansea City” də yüksəlib.
İngiltərə Liqa Kuboku
1/4 final
19 dekabr
Leeds – Chelsea – 1:5
