20 dekabr 2012 17:55
Qarabağ Xəzər Lənkərana qalib gəldi, Simurq və Qəbələdən qələbə (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 2012-ci ilin son turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.
Turun açılış matçında “Turan” Tovuzda “Qəbələ”ni qəbul edib. Qonaqlar iki cavabsız qolla üstün olublar. Çempionatın şərikli liderlərindən olan “Simurq” doğma meydanda “Rəvan”la münasibətlərinə aydınlıq gətirib. Son dəqiqələrdə vurulan qol Zaqatala klubunu lider edib. Bu mövsümün uğursuzları “Sumqayıt”la “Kəpəz” Bakıda üz-üzə gəliblər. Qonaqlar uzun müddət hesabda öndə olsalar da, son dəqiqələrdə vurulan iki qol "Sumqayıt"a möhtəşəm qələbə qazandırıb. İlk oyun gününün ən prinsipial görüşü “Qarabağ”la “Xəzər Lənkəran” arasında keçirilib. Ağdam klubu Vüqar Nadirovun möhtəşəm qolu sayəsində qələbə qazanıb.
Topaz Premyer Liqası
18-ci tur
20 dekabr (cümə axşamı)
QARABAĞ – XƏZƏR LƏNKƏRAN - 1:0 (0:0)
Qol: V.Nadirov, 73 (1:0).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
Oyun başladı
5. "Qarabağ" ilk dəqiqələrdən hücuma atılıb
8. XL korner qazanır. Amma müdafiəçilər təhlükəni uzaqlaşdırırlar
15. XL hələ ki, müdafiəyə daha çox diqqət ayırmaq məcburiyyətindədi
17. "Qarabağ" da kornerdən istədiyi kimi yararlana bilmir
26. Almeyda simulyasiyaya görə sarı vərəqə alır
29. Abışovun cərimə zərbəsi Vəliyevdə qalır
36. Tounkara sarı vərəqə ilə cəzalanır
41. Skarlatakenin uzaq məsafədən möhtəşəm zərbəsi qapı çatından dönür
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
55. XL fasilədən sonra fəallığı bir qədər artırıb
59. "Qarabağ"ı yenə qapı tiri qoldan xilas edir
60. XL korneri uğursuz yerinə yetirir
68. R.Əliyevi V.Nadirov əvəzləyir
73. V.Nadirov cərimə meydançası həndəvərindən möhtəşəm zərbə ilə qonaqların qapısına yol tapır - 1:0
77. R.Əmirquliyev sarı vərəqə alır
78. V.Nadirovun cərimə zərbəsi qapıçıda qalır
84. R.Almeydanı M.Muarem əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. V.Cavadovu B.Hüseynov əvəzləyir
90+5. XL son korner vuruşundan da yararlana bilmir
Matç başa çatdı
QARABAĞ: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 3. Kamil Hüseynov, 10. Muarem Muarem, 16. Elnur Abdulov, 17. Vüqar Nadirov, 55. Bədavi Hüseynov, 88. Emin Mustafayev.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 9. Branimir Subaşiç, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə.
SUMQAYIT – KƏPƏZ - 2:1 (0:0)
Qollar: E.İmaməliyev, 47 (0:1), P.F.Azad, 89 (1:1), M.Mirzəbəyov, 90+1 (2:1)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Bakı. Bayıl Arena.
Oyun başladı
Sadıqov Fomenkonun qola sevinməsinə imkan vermir
Oyun daha çox meydanın mərkəzində keçir
Qurbanov yaxşı şans qazansa da, bunu dəyərləndirə bilmir
Fomenko yenə Sadıqovla təkbətək çıxır, amma yenə qapıçı ilə mübarizədən məğlub ayrılır
Hər iki komanda hücum etməyə, qol vurmağa çalışsa da, cəhdlər bəhrəsizdi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Emin İmaməliyev dəqiq zərbə ilə hesabı açır - 0:1
Topa "Sumqayıt" nəzarət etsə də, rəqib qapısına yol tapa bilmir
P.F.Azadın başla zərbəsi qapıdan azca yan keçir
Asani ikinci sarı vərəqə alaraq, meydandan qovulur
"Sumqayıt" oyuna nəzarət edən tərəf olsa da, istəyinə çata bilmir
P.F.Azad hesabı bərabərləşdirir - 1:1
Məhəmməd Mirzəbəyov çox keçməmiş komandasının qələbə qoluna da imza atır - 2:1
Matç başa çatdı
SUMQAYIT: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 11. Sabir Allahquliyev, 22. Xəyal Mustafayev, 25. Aydın Qasımov, 92. Bəxtiyar Həsənalızadə.
KƏPƏZ: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 23. Vüqar İbrahimov, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 9. Bəxtiyar Soltanov, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 15. Şahin Kərimov, 19. Atin Abdullayev, 25. Ravil Müslümov.
SİMURQ – RƏVAN - 1:0 (0:0)
Qol: Bojiç, 88 (1:0).
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Komandalar ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirlər
Polyakın uzaqdan zərbəsi çox uğursuz alınır
"Simurq" getdikcə oyuna nəzarəti ələ alır
Təhlükəli vəziyyətlərin sayı demək olar ki, yox səviyyəsindədi
Bojiçin təhlükəli ötürməsini qapıya göndərən tapılmır
Sapela komandasını real qoldan xilas edir
Vareanın zərbəsini Kramarenko dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Barlayın uzaqdan zərbəsi dəqiq olmur
Kramarenko qonaqların təhlükəli hücumu zamanı komandasını qoldan xilas edir
Vareanın çox təhlükəli cərimə zərbəsi qapı çatından qayıdır
"Rəvan" "Simurq"un təhlükəli qol epizodu yaratmasına demək olar ki, imkan vermir
Azarkeşlər meydan sahiblərinin oyunundan narazıdılar
Zaqatala klubu hücumlarını davam etdirsə də, uğursuzdu
Oyunun ən fəallarından olan Bojiç yenə "Simurq"un xilaskarına çevrilir. Ötən oyunda "Qəbələ"yə vurulan yeganə qolun müəllifi bu dəfə də son dəqiqələrdə vurduğu qolla komandasına vacib qələbə qazandırır - 1:0
Bojiç qolu bayram edərkən formasını çıxardığı üçün sarı vərəqə alır
Oyun sonradan daxil olan Burhardın cərimə zərbəsi dirəkdən qayıdır
Matç başa çatdı
SIMURQ: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 19. Nicat Qurbanov, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 9. Marçin Burhard, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 24. Mehman Məmmədov, 20. Rəşad Eyubov, 79. Nenad Stoyanoviç.
RƏVAN: 1. Lukaş Sapela, 4. Ekrem Hodziç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 11. Şeriff Suma, 14. Xuan Manuel Varea, 15. Tural Cəlilov, 18. Samuel Barlay, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 17. Rüfət Cəlilov, 19. Hüseyn Axundov, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 16. Orxan Lalayev, 9. Vüsal Qarayev.
TURAN – QƏBƏLƏ - 0:2 (0:0)
Qollar: R.Abdullayev, 76-pen (0:1), Dodo, 88 (0:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Azər Əsgərov, Ramiz Məhərrəmov.
Tovuz. Şəhər stadionu.
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən daha fəaldılar
Tovuzlular ardıcıl dörd künc zərbəsindən yararlana bilmirlər
Zubkovun baş zərbəsi qapıdan yan keçir
Nəsirovun zərbəsi hədəfə düşmür
Rəhimovun baş zərbəsi qapıdan yan keçir
"Qəbələ"nin oyunu hələ ki, alınmır
Dodonun uzaqdan zərbəsi dəqiq deyil
Yenə Rəhimov başla qol vurmaq istəsə də, Nəzirov yerindədi
Ağakişiyevin də zərbəsini Nəzirov tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Quliyevin təhlükəli zərbəsini qapıçı dəf edir
Meydanda bərabər mübarizə gedir
Kazlauskas cərimə meydançasında qaydanı pozduğu üçün penaltiyə səbəb olur
R.Abdullayev penaltini dəqiq yerinə yetirərək, hesabı açır - 0:1
"Turan" hücumda heç nə ilə yadda qalmır
"Qəbələ" oyuna tam nəzarət edən tərəfdi
Dodo hesab arasındakı fərqi artırır - 0:2
Matç başa çatdı
TURAN: 27. Natiq Səhrətov, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 22. Salif Ballo, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Mehman Hacıyev, 18. Seymur Tağıyev, 11. Qoqi Pipiya, 16. Elmixan Məmmədov, 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri, 23. İrakli Beraya.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 22. Lourival Rodriqes Assis, 23. Şəhriyar Xəlilov, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 3. Vurğun Hüseynov, 5. Muammer Erdoğdu, 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov, 35. Tərzin Cahangirov.
Turun qalan oyunları dekabrın 22-də keçiriləcək: İnter – Bakı, Neftçi – AZAL.
| 1 | Simurq | 18 | 9 | 6 | 3 | 21 | 11 | +10 | 33 |
| 2 | Qarabağ | 18 | 8 | 7 | 3 | 23 | 16 | +7 | 31 |
| 3 | Inter | 16 | 8 | 6 | 2 | 17 | 6 | +11 | 30 |
| 4 | Qəbələ | 18 | 8 | 4 | 6 | 21 | 18 | +3 | 28 |
| 5 | Neftçi | 15 | 8 | 1 | 6 | 30 | 18 | +12 | 25 |
| 6 | XL | 18 | 6 | 6 | 6 | 24 | 18 | +6 | 24 |
| 7 | AZAL | 16 | 5 | 7 | 4 | 19 | 15 | +4 | 22 |
| 8 | Sumqayıt | 18 | 5 | 5 | 8 | 17 | 32 | –15 | 20 |
| 9 | Turan | 17 | 5 | 5 | 7 | 19 | 22 | –3 | 20 |
| 10 | Bakı | 16 | 3 | 10 | 3 | 15 | 12 | +3 | 19 |
| 11 | Rəvan | 18 | 4 | 4 | 10 | 16 | 29 | –13 | 16 |
| 12 | Kəpəz | 18 | 2 | 3 | 13 | 11 | 36 | –25 | 9 |
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan).
