19 dekabr 2012 15:46
Qurban Qurbanov: Foqts çempionat oyunlarını da nəzərə alsaydı, onunla razılaşmazdım
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran”la oyuna hazırlıqlar necə gedir?
- Bu görüşə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Cəmi iki gün məşq edə bildik. Lakin bizim üçün problem yoxdu. Meydanda nəyi necə edəcəyimizi bilirik. Rəqibi də tanıyıqı. Onlar son turlarda artırıblar.

- Sizcə, hər şey ispaniyalı baş məşqçinin gəlişi ilə dəyişdi?
- Mən belə deməzdim. Bu, heç də Yunis Hüseynovun əvəzinə Karles Bakesin gətirilməsi ilə əlaqədar deyil. Yunisin rəhbərliyi altında olanda da bu komandaya qarşı oynamaq asan deyildi. Onun komandasına iki dəfə məğlub olmuşduq. Özü də bir məğlubiyyət böyük hesabla olmuşdu.

- Mövsümün əvvəlində hücum futbolu oynayan “Qarabağ” son dövrlər ehtiyatlı oynamağa başlayıb. Oyun üslubunuzu dəyişirsiz, yoxsa rəqibləriniz sizi belə oynamağa məcbur edir?
- Onu qeyd etmək lazımdı ki, artıq Premyer Liqada mübarizə aparmaq çətinləşib. Oyunlar getdikcə daha da çətinləşir. Hər bir komanda yaxşı müdafiə olunmağı bacarır. Məsələn, götürək bizim son rəqibimiz “Bakı”nı. Onlarla oyunumuz çox çətin alındı. Xüsusilə də hücumda. Gördüyünüz kimi, qol da vura bilmədik. Bütün komandalar nəticəyə oynayırlar. Çünki çempionatın formatı da bunu zəruri edir. Ardıcıl iki uğursuzluq istənilən komandanı ilk altılıqdan kənarda qoya bilər.

- Deməli, “Qarabağ” da öz oyun üslubunu dəyişir?
- Əgər əvvəllər biz 10-15 təhlükəli qol vəziyyəti yaradırdıqsa, indi onun sayı yarıya enib. Biz yenə də əvvəlki kimi oynamağa çalışırıq. Amma dediyim kimi, rəqiblər artıq daha diqqətli müdafiə olunmağa başlayıblar. Biz hər oyuna qələbə üçün çıxırıq. Qələbə qazanmaq üçün də hücum etməyimiz vacibdi.

- “Xəzər Lənkəran”la oyundan nə gözləyirsiz?
- Təbii ki, qələbəyə köklənmişik. Bilirik ki, 3 xal qazanmaq bizim üçün çox vacibdi. Elə rəqib üçün də.

- İki gün öncə klub rəhbərliyinə çempionluq sözü verdiniz. Deməli, hər oyunda qələbə qazanmaq vacibdi...
- Biz həmişə yaxşı komanda yaratmağa söz veririk. Bundan sonra nəticələrimizi daha da yaxşılaşdırmalıyıq. Məndən “Qarabağ”a gəldiyim ilk gündən çempionluq gözləyirlər. Amma çempionluğu sadəcə söz verməklə qazanmaq olmur. Mən qeyd etdim ki, qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Sonda necə alınacağını isə zaman göstərəcək.
- Belə yüksək hədəf komanda üzərində təzyiq yaratmayacaq ki?
- İndiyə qədər belə şey olmayıb, ümidvaram ki, bundan sonra da olmayacaq.

- Berti Foqts 2012-ci ilin ən yaxşı futbolçuları kimi Rauf Əliyev və Maksim Medvedevin adını çəkib...
- Almaniyalı mütəxəssisdən bunu eşitmək xoşdu. O, çempionat oyunlarını nəzərə almayıb. Əgər çempionat oyunlarını da nəzərə alsaydı, onunla razılaşmazdım. Amma Raufla Maksim bu il yığmanın heyətində özlərini həqiqətən də yaxşı tərəfdən göstərdilər.
- Baxışdan keçirdiyiniz gənc braziliyalı hücumçu ilə bağlı son durum necədi?
- Onun yaxşı göstəriciləri var. Bu gün vətəninə qayıtdı. Qış təlim-məşq toplanışında onu bir daha sınaqdan keçirəcəyik. Yoxlama görüşlərində iş başında görmək istəyirik. Ondan başqa da maraqlandığımız futbolçular var. Yenə axtarışlarımız davam edir.