19 dekabr 2012 16:28

AFFA Məzahir Süleymanzadəni təbrik etdi (FOTOLAR)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı Futbol Federasiyasının vitse-prezidenti, tanınmış yazıçı-jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Azerisport.az xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxış edərək M.Süleymanzadənin yaradıcılığı ilə ətraflı məlumat verib, onun həm ictimai xadim, həm də mətbuat nümayəndəsi kimi fəaliyyətini yüksək qiymətləndirib.
 
Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov yubilyarın futbol sahəsindəki fəaliyyəti barədə danışıb, həyata keçirdiyi uğurlu layihələri qeyd edib.
 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edərək AFFA rəhbərliyi adından Məzahir Süleymanzadəyə təbriklərini çatdırıb və assosiasiyanın hədiyyələrini - üzərində "M.Süleymanzadə 60" yazılmış Azərbaycan milli komandasının futbolkasını və diplomu - yubilyara təqdim edib.
 
Qeyd edək ki, Məzahir Süleymanzadə vaxtilə AFFA-nın İcraiyyə Komitəsinin üzvü və assosiasiyanın departament rəisi kimi fəaliyyət göstərib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.