19 dekabr 2012 16:57

“Bu işimizə görə sonda FİFA bizə təşəkkür etdi”

“Qəbələ“ Futbol Klubunun bazasındakı oyun və məşq meydançalarının keyfiyyəti haqda çox yazılıb, çox deyilib. Azerisport.az xəbər verir ki, ölkəmizdə nümunə ola biləcək belə meydançaların yaradılması, təbii ki, klub tərəfindən işə düzgün, peşəkar yanaşmanın nəticəsidir. Amma təkcə yerli futbol mütəxəssislərini deyil, ilk dəfə bura ayaq basan əcnəbini də heyrətə gətirən yaşıl sahələrin keyfiyyətli şəkildə saxlanmasında Qəbələ stadionunda ota qulluq edən briqadanın xüsusi əməyi var.
 
Ot yetişdirilməsi üzrə məşhur mütəxəssis, ingiltərəli Filipp Şarples  vaxtilə  “Qəbələ”yə dəvət ediləndə, onun əsas vəzifələrindən biri də burada yerli mütəxəssislər hazırlamaq idi. Sevindirici haldır ki, onun yetişdirdiyi azərbaycanlı mütəxəssislərin işinin sorağı təkcə Qəbələdən deyil, Azərbaycanın müxtəlif arenalarından eşidilir.
 
Orxan Yunusov: “Ot yetişdirilməsi işinə vaxtilə “Qəbələ” Futbol Klubunun stadionları və məşq meydançaları üzrə menecer vəzifəsində çalışmış Filipp Şarplesin rəhbərliyi ilə, 2011-ci il fevral ayının 1-dən başladıq. Ruslan Abdullayev, Rəşad Cabbarov və mən onun keçdiyi kurslarda otun becərilməsi və meydançaların salınması işinin nəzəri tərəflərini öyrəndik. Bir il davam edən təlimlərdə bu işin nəzəriyyəsini öyrənməklə yanaşı, öyrəndiklərimizi Qəbələ stadionunda meydançalar yaradılarkən praktik olaraq tətbiq etdik. Bir ilin tamamında müxtəlif idman növləri üçün ot meydançalarının salınması və  texnoloğiya və avadanlıqların satışı üzrə ixtisaslaşan dünyanın məşhur “Pitchcare” şirkətinin rəhbəri Deyv Saltman Qəbələyə gəldi. Bizimlə görüşdü, işimizlə tanış oldu. Qəbələ stadionunda gördüyümüz işi qiymətləndirdi və “Pitchcare” şirkətinin sertifikatını verdi. Biz rəsmən ot yetişdirilməsi üzrə mütəxəssis sayılırıq. O vaxtdan başladığımız işi davam etdiririk. Bizə lazım olan şəraiti yaratdığına görə, “Qəbələ” Futbol Klubunun rəhbərliyinə təşəkkür edirik. Ümidvarıq ki, bu işi getdikcə təkmilləşdirəcəyik. Filippin dövründə 3 nəfər idik. İndisə artıq yeni əməkdaşlarımız da var. Onlar da bizdən bəhrələnərək bu işin sirlərinə yiyələnirlər”.  
 
Orxan, Ruslan və Rəşadın təkcə Qəbələ stadionunda deyil, Azərbaycanın başqa stadionlarında da  əməyi olub. Onlar Azərbaycanın ev sahibliyi elədiyi U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçrildiyi arenalarda da çalışıblar. Ruslanın dediklərindən: 
 
“Sentyabrın 1-də Bakıya yollandıq. Mən “Bakı” Futbol Klubunun İdman Akademiyasının meydançasında  yeni ot örtüyünün salınmasında iştirak etdim. Orxan Lənkəran Şəhər Stadionunda, Rəşad isə “8-ci kilometr” stadionunda çalışıb. Məqsəd həm də, dünya çemionatının oyunlarının keçirildiyi meydançaların ot örtüyünə qulluq və vəziyyətinə nəzarət etmək olub. Lənkəran şəhər və “Bakı” komandasının stadionunda ot örtüyü ilə işlərə sırf özümüz nəzarət etmişik. Sonda hər üçümüz “8-ci kilometr” stadionunda Filipp başda olmaqla birgə işləmişik. Bu işimizə görə sonda FİFA bizə  təşəkkür etdi.  
 
Bu iş Filipin təşəbbüsü, AFFA-nın təyinatı ilə gerçəkləşdi. “Qəbələ” klubunun rəhbərliyi  bu təşəbbüsü müsbət qarşıladı. Bizim başqa arenalarda çalışmağımızdan həm biz, həm də klub qazandı. Dünya səviyyəli mötəbər bir yarışın yüksək  səviyyədə keçməsində bizim də əməyimiz oldu. Böyük təcrübə qazandıq.  Amma hələ bundan sonra da bilik və bacarıqlarımızı təkmilləşdirməyə ehtiyac var”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.