20 dekabr 2012 16:49
“Meydanın vəziyyəti baxımlı futbol oynamaq üçün əlverişsiz idi”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 18-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun çətin keçdi, komandamı qələbə münasibəti ilə təbrik edirəm. Meydanın vəziyyəti baxımlı futbol oynamaq üçün əlverişsiz idi. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər, əzmkarlıq göstərib qalib gəldilər”.
