20 dekabr 2012 16:55
“Əsas heyətin üç üzvünün bu gün oynamaması oyunumuza təsir etdi”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 18-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bir-birindən fərqlənən iki hissə izlədik. İlk hissədə üstünlük bizim tərəfdə idi. Həm texniki, həm taktiki cəhətdən çətin oyun oldu. Əsas heyətin üç üzvünün bu gün oynamaması oyunumuza təsir etdi. İkinci hissədə vəziyyətimiz daha da çətinləşdi. Qışda komandanın heyətinin 70-80%-ni saxlamağa çalışacağam”.
