20 dekabr 2012 17:37
Alispahiç: Simurq gözəl oyun nümayiş etdirdi
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 18-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı və çətin oyun oldu. “Simurq” gözəl oyun nümayiş etdirdi. Yaxşı hücumlar təşkil etsək də fərqlənə bilmədik. Təəssüf ki, bu oyunda məğlub olduq”.
