20 dekabr 2012 17:43
Georgi Çixradze: Rəqibin oyunlarını analiz etmişdik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 18-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Gözəl oyun keçdi, “Rəvan”ın yaxşı hücumları oldu. Rəqibin oyunlarını analiz etmişdik. Hücuma meylli komandadır. Oyunun ikinci hissəsində əvəzetmələrə əl atdıq, qələbə qolunu vura bildik. Bugünkü oyunda bir neçə oyunçumuz oynamırdı. Azarkeşlərimzə bizə bütün oyunlarda dəstək olduqları üçün təşəkkürümü bildirirəm”.
