20 dekabr 2012 18:18
Karles Bakes: Komanda adına layiq oyun göstərmədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 18-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun nəticəsinin ədalətli olduğunu düşünürəm. “Qarabağ” yaxşı oyun göstərdi. Bu gün hücumçusuz oynamaq məcburiyyətində qaldıq. “Xəzər Lənkəran” kimi komandanın futbolçuları meydanda vuruşmalıdır, təəssüf ki, bu gün komanda adına layiq oyun göstərmədi. İki dəfə rəqibin qapısına qol vura bilərdik, amma öz qapımızda qol gördük. Azarkeşlərimizdən üzr istəyirəm”.
