20 dekabr 2012 18:26
Qurban Qurbanov: Çox vacib 3 xal qazandıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda qələbə əzmi ilə oynayırdı. “Xəzər Lənkəran” heyətdəki itkilərə baxmayaraq sona kimi mübarizə apardı. Oyunun sonuna kimi temp aşağı düşmədi. Çox vacib 3 xal qazandıq, qış fasiləsindən öncə bu qələbə bizim üçün xoş oldu. Nəticə vermək üçün yaxşı istirahət edib, ikinci dövrəyə yaxşı hazırlaşmalıyıq”.
