20 dekabr 2012 19:26
Mahmud Qurbanov: Bu qədər təsirli məğlubiyyətimiz olmamışdı
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 18-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün acınacaqlı məğlubiyyət oldu. Qol imkanlarımız rəqibinkindən daha çox idi, hesabı da biz açmışdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Bu qədər təsirli məğlubiyyətimiz olmamışdı”.
