20 dekabr 2012 19:39
Bernard Raab: Bəxtimiz də gətirdi
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 18-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandadan çox razıyam, son iki oyundda vacib qələbələr qazandıq. Bugünkü oyunda bəxtimiz də gətirdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. Fasilədə komanda ilə ciddi danışdım və “Kəpəz”in bizdən daha üstün oynadığını dedim. İkinci hissədə komandanın oyununda müsbətə doğru dəyişiklik oldu. Futbolçuların sonadək mübarizə aparıb iki qol vurması xoşuma gəldi”.
