20 dekabr 2012 11:34
Simurq Rəvanla oyuna hazırdı
Bu gün 2012-ci ilində son oynuna çıxacaq “Simurq” son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bir saatdan artıq davam edən hazırlıq prosesində "Simurq" isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində işləyib.
Daha sonra ikitərəfli oyun və qapıya zərbələr üzərində məşq edib.
Premyer Liqada 5-ci dəfə "Rəvan"la üz-üzə gələcək Zaqatala təmsilçisi indiyə qədər paytaxt təmsilçisini doğma arenada məğlub edə bilməyib. Sonuncu dəfə cari mövüsüm IV turunda qarşılaşan rəqiblərin duelində komandamız 2:0 hesabı ilə meydanı qalib tərk edib.
Qeyd edək ki, "Simurq"-"Rəvan" oyunu saat 15:00-da start götürəcək. Matçın baş hakimi Elvin Əsgərov olacaq. Ona Zeynal Zeynalov və İsgəndər Əliyev köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək. Qarşılaşmanın AFFA nümayəndəsi Telman Əzizov və Şahin Cəfərov olacaq. Sarı-qaralar bu oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, əsas heyətin dəyişilməz üzvləri David Piterzkieviç, Rasim Ramaldanov və Murad Səttarlı "Rəvan"la matçda cəza səbəbindən forma geyinə bilməyəcək.
