20 dekabr 2012 11:52
Moldova, Latviya və Belarus yığmaları Bakıya gəlir
Gələn il Bakı şəhərində VI Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, turnirdə Azərbaycan, Moldova, Özbəkistan, Latviya və Belarus milli komandaları çıxış edəcək.
Qeyd edək ki, turnir 2013-cü il fevralın 12-dən 16-dək Bakıda təşkil olunacaq.
