21 dekabr 2012 00:14

Poqon Nizami Hacıyevə görə pul ödəmək istəmir

Artıq xeyli müddətdi ki, futbol üzrə Azərbaycan yığmasının və “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin Polşanın “Poqon” klubuna keçəcəyinə dair söhbətlər dolaşır. Azerisport.az xəbər verir ki, hətta futbolçu özü də gələn ilin yanvar ayında yeni komandasıyla müqavilə bağlamağa gedəcəyini açıqlayıb.
 
Amma əldə etdiyimiz son məlumatlara görə, danışıqlarda problem yaranıb. Məsələ burasındadı ki, “İnter”in Hacıyevi Polşa klubuna təmənnasız buraxacağı bildirilsə də, indi məlum olub ki, “bankirlər” futbolçusunun transferinə görə pul istəyir. Çünki yarımmüdafiəçinin Bakı klubuyla müqaviləsinin müddəti 2013-cü ilin may ayında bitəcək.
 
Bunu “İnter”in prezidenti Georgi Nikolov da təsdiqləyib: “Burda xüsusi problem yoxdu. Sadəcə, biz öz pulumuzu tələb edirik. Prinsipcə, istənilən digər klub da bizim kimi hərəkət edərdi. Müqavilə bağladığın futbolçunu necə başqa kluba təmənnasız buraxmaq olar? Hacıyev yığmanın futbolçusudu. O, bizim özümüzə də lazımdı. Əgər Polşa klubuyla danışıbsa, biz bunun əleyhinə deyilik. Müqaviləni ləğv etmək üçün lazım olan pulu ödəsinlər, alsınlar”.
 
Nikolov onu da bəyan edib ki, onlar heç də polşalılardan çox pul istəmirlər. “İnter” 100-150 min dollar tələb edir. Amma əsas problem də ondadı ki, “Poqon” Hacıyevə görə heç bir dollar da ödəmək istəmir. Onlar sadəcə futbolçunun özünə pul verməyə razıdılar. “İnter”in tələb etdiyini transfer haqqını isə ödəmək istəmirlər.
 
“Biz indi Polşa klubunun qərarını gözləyirik. Hacıyevi də başa düşürük. Amma müasir futbolda heç kim futbolçusunu havayı buraxmır”.

Nikolov onu da bəyan edib ki, “İnter” maydan sonra Hacıyevə yeni müqavilə təklif etməyə də hazırdı.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.