20 dekabr 2012 12:28
Neftçinin qış hazırlıq planları bəlli oldu
Azərbaycan çempionu “Neftçi” qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 5-də Bakıda bir araya gələcək.
Komanda iki mərhələdən ibarət hazırlıq keçməyi planlaşdırır. İlk toplanış yanvarın 11-d Antalyada start götürəcə və ayın 23-nə qədər davam edəcək.
Həmin toplanışın ardından qısa müddətə Bakıya qayıdacaq komanda ayın 26-da yenidən Antalyaya yola düşəcək. İkinci hazırlıq prosesi isə fevralın 3-də başa çatacaq. Məhz son toplanış zamanı “Neftçi” beş sınaq matçı keçirəcək.
Azərbaycan çempionunun həmçinin Kadırov Kubokunda iştirakı da istisna deyil.
