21 dekabr 2012 00:36
Karl Haynts Rummenigedən Bakı klubuna təbrik
Almaniyanın "Bayern" (Münhen) klubunun və Avropa Klublar Birliyinin prezidenti Karl Haynts Rummenige "Bakı" futbol klubunu qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib. Azerisport.az xəbər verir ki, Rummenigenin klubun elektron poçtuna ünvanladığı məktubda deyilir:
"2012-ci ildə Avropa Klublar Birliyinin inkişafında göstərdiyiniz xidmətlərə görə təşəkkürümü bildirirəm. Yola saldığımız 2012-ci il çox maraqlı, dinamik və inteqrasiya baxımından önəmli bir il kimi tarixi qovuşur.
Klubunuzun futbolun inkişafı naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirərək, gələn ildə də bu uğurlarn davam etməsini diləyirəm.
2013-cü ildə klubunuza bütün sahələrdə yüksəliş arzulayıram".
Hörmətlə, Karl Haynts Rummenige”.
