21 dekabr 2012 00:47
Rəvan texniki məğlubiyyət ilə cəzalandırılacaq
Ötən gün keçirilən “Simurq” – “Rəvan” matçında legioner limiti qonaqlar tərəfindən pozulub. Azerisport.az xəbər verir ki, 68-ci dəqiqədə Tural Cəlilovun əvəzinə Nemanya Vidakoviç meydana çıxıb.
4 dəqiqə meydanda 8 legionerlə oynayan “Rəvan” bu səhvini 72-ci dəqiqədə Fransis Bosmanı meydandan almaqla düzəldib.
Qeyd edək ki, 90+2-ci dəqiqədə vurulmuş tək qolla “Simurq oyunu qalib başa vurub. Əsasnaməyə əsasən oyunun nəticəsi ləğv olunmalı və “Rəvan”a 0:3 texniki məğlubiyyət verilməlidi.
