20 dekabr 2012 18:05
Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 1/16 və 1/8 final mərhələlərinin püşkü atılıb.
Çempionlar Liqasında olduğu kimi, Avroliqada da qrup qalibləri ikinci pillənin sahibləri ilə üz-üzə gələcək və eyni ölkənin təmsilçiləri bir-biri ilə qarşılaşmayacaq.
Püşkatmada Azərbaycanda böyük azarkeş kütləsinə sabih “Fenerbahçe”nın də rəqibi müəyyənləşib. İstanbul klubu BATE-yə rəqib olub. “Fener” bu mərhələni keçsə, “Napoli” (İtaliya) – “Viktoria” (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq.
“Neftçi” ilə eyni qrupda mübarizə aparmış “Rubin” Madrid “Atletico”suna rəqib olub. “İnter” isə CFR-lə qarşılaşacaq.
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 14-də keçiriləcək.
Avropa Liqası
1/16 final
BATE (Belarus) – Fenerbahçe (Türkiyə)
İnter (İtaliya) – CFR Cluj (Rumıniya)
Levante (İspaniya) – Olimpiakos (Yunanıstan)
Zenit (Rusiya) – Liverpool (İngiltərə)
Dinamo (Kiyev, Ukrayna) – Bordeox (Fransa)
Bayer (Almaniya) – Benfica (Portuqaliya)
Newcastle (İngiltərə) – Metallist (Ukrayna)
Stuttgart (Almaniya) – Genk (Belçika)
Atletico (İspaniya)- Rubin (Rusiya)
Ajax (Hollandiya) – Steaua (Rumıniya)
Basel (İsveçrə) – Dnepr (Ukrayna)
Anji (Rusiya) – Hannover (Amaniya)
Sparta (Çexiya) – Chelsea (İngiltərə)
Borussia (Münhenqladbax, Almaniya) – Lazio (İtaliya)
Tottenham (İngiltərə) – Olympiqye (Lion, Fransa)
Napoli (İtaliya) – Viktoria (Çexiya)
1/8 final
Napoli/Viktoria – BATE/Fenerbahçe
Bayer/Benfica – Dinamo/Bordeox
Anji/Hannover – Newcastle/Metallist
Stuttgart/Genk – Borussia M/Lazio
Tottenham//Olympique L – İnter/ÇFR
Levante/Olimpiakos – Atletico/Rubin
Bazel/Dnepr – Bazel/Dnepr
Ajax/ Steaua – Sparta/Chelsea
