20 dekabr 2012 13:51
Böyükağa Hacıyev: Kamran Ağayevin Neftçiyə keçməsinə müsbət yanaşıram
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandasına keçmək şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Kamran yaxşı qapıçıdı. O, Stamenkoviçlə əla rəqabət yaradardı. Mən həmişə Ağayevi ən yaxşı qapıçı hesab etmişəm. Onun “Neftçi”yə keçməsinə də müsbət yanaşıram. Əgər onun namizədliyini irəli sürsələr, dərhal alınmasına razılaşacağam”.