20 dekabr 2012 14:57
Neftçalanın yeni baş məşqçisi müəyyənləşdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunda çıxış edən “Neftçala” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandaya bundan sonra Kamal Ələkbərov başçılıq edəcək.
Qeyd edək ki, o, indiyədək klubda məşqçi vəzifəsində çalışmışdı. K.Ələkbərov bu postda “Qaradağ”a məğlubiyyətdən sonra istefaya göndərilən Hüseynqulu Quliyevi əvəzləyib.
