20 dekabr 2012 15:18
Xəzər Lənkəran Qarabağdan güclü olacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 18-ci turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Sorğuya qatılanların böyük əksəriyyəti “Xəzər Lənkəran”ın qalib gələcəyini proqnozlaşdırır. Bu varianta respondentlərin 53 faizi (407 səs) inanır.
“Qarabağ”ın qalib gələcəyinə 37 faiz (287) səs verib. Yerdə qalanlar isə heç-heçə variantını seçiblər.
