20 dekabr 2012 16:12
“Ola bilsin ki, növbəti il Neftçi özü də uğurunu təkrarlaya bilməsin”
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov azerisport.az saytına müsahibə verib.
- “Neftçi” Avroliqadakı çıxışını başa vurandan sonra öncə “Xəzər Lənkəran”a uduzdu, ardınca da “Bakı”yla sülh bağladı. Sizcə, bu komandanın son uğursuzluqları nə ilə bağlıdı?
- “Neftçi”nin futbolçularından çox danışırıq. Mümkündü ki, onlar Avroliqadan sonra hələ çempionata tam köklənə bilmirlər. Burda yorğunluğun hansısa rol oynadığını düşünmürəm. Sadəcə, futbolçular başa düşməlidilər ki, Avroliqa başa çatıb və indi tam olaraq çempionata köklənmək lazımdı. Əgər komanda xal itirirsə, günahkar ilk növbədə futbolçulardılar.

- “Neftçi”nin qrup mərhələsindəki çıxışını nə dərəcədə uğurlu hesab edirsiz?
- Bu komanda böyük uğura imza atdı. Onlar Avroliqanın qrup mərhələsində oynadılar, debüt mövsümlərində üç xal qazandılar. Bu, yaxşı nəticədi. Lakin digər klublarımızda belə inkişafın olmaması təəssüf doğurur. Bunda da klub rəhbərləri özləri günahkardırlar.

- “Neftçi”də belə hesab edirlər ki, yaxın 5-10 ildə onların uğurlarını təkrarlayan olmayacaq. Bəs siz necə düşünürsüz?
- Mümkündü ki, “Neftçi”də belə deyənlər haqladılar. Amma biz inkişafdan danışırıqsa, komandalarımız hamısı qrup mərhələsində oynamağa borcludular. “Neftçi”nin çıxışı da göstərdi ki, qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün maksimumdu. Orda artıq əsl futbol oynanılır. Qrup mərhələsini də adlamaq qətiyyən real görünmür. Real danışmaq lazımdı. Mən də istərdim ki, klublarımız daha uğurlu çıxışları ilə yadda qalsınlar. Lakin “Neftçi”dəkilər də haqladılar. Ola bilsin ki, heç onlar özləri də növbəti mövsüm öz uğurlarını təkrarlaya bilməsinlər. Futbolda hər şey olur. Öncədən dəqiq nəsə demək çətindi.

- Bir neçə gün öncə Azərbaycanın ən yaxşı futbolçuları müəyyənləşdi. Bəs siz ölkənin ən yaxşı futbolçusu olaraq kimi qeyd edərdiniz?
- Elə bir futbolçu yoxdu ki, digərlərindən fərqlənsin. Demək olar ki, bütün futbolçularımız ölkə ərazisində çıxış edirlər və əcnəbi klublara getmək istəmirlər. Ruslan Abışov yaxşı seçildi, müəyyən qədər fərqləndirildi. Amma digərləri arasında fərqləndiriləsi heç nə görmürəm.

- Deyilənə görə, Abışov qışda xarici kluba keçəcək...
- Futbolçularımız xaricə getməkdə maraqlı deyillər. Məncə, yaxın illərdə onlardan heç biri kənara getməyəcək. Çünki burda daha çox pul alırlar, niyə gedirlər ki? Gedənlərin də karyerası cəmi 2-3 ay çəkir. Sonra yenə geri qayıdırlar. Əgər hansısa Azərbaycan futbolçusu xaricdə oynamaq istəyirsə, o, iki dəfə yaxşı oynamalıdı ki, onu alsınlar. Beləsi isə bizim futbolda yoxdu. Baxışa gedənlər də geri qayıtmalı olurlar.
- Azərbaycan çempionatında son illərdə nə dəyişib?
- “Neftçi” çempionatın səviyyəsini çox qaldırdı. Hiss olunur ki, komandaların oyunu yaxşılaşır. Futbolçular da bir il əvvəllə müqayisədə daha yaxşı oyun göstərirlər. Amma çatışmazlıqlar hələ də var. Hər il çempionluq uğrunda ancaq “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Bakı” və “Simurq” mübarizə aparır. Digər klublar isə demək olar ki, eyni səviyyədədilər. Ona görə də ciddi dəyişiklik olduğunu deməzdim.

- Bombardirlər siyahısında azərbaycanlı futbolçunun yer almamasına münasibətiniz necədi?
- Əgər qolları ancaq legionerlər vurursa, deməli, bizimkilər bunu bacarmırlar. Amma onu da nəzərə almaq lazımdı ki, demək olar bütün klublarımız legioner futbolçulara üstünlük verirlər.

- Bu ili yığmamız üçün necə dəyərləndirərdiniz?
- Bir neçə oyun keçirdik, xal topladıq. Gələn il əksər oyunçularımız evdə olacaq. Mümkündü ki, daha yaxşı çıxış edək. Yığmanın çıxışına ancaq seçmə mərhələ başa çatandan sonra qiymət vermək olar.