21 dekabr 2012 17:28
Rəşad Abdullayev: Rostov və Krılya Sovetova baxışa yollanmaq fikrim yoxdu
“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Abdullayev karyerasını xaricdə davam etdirə bilər. Azerisport.az saytına müsahibəsində o, bu ehtimalla bağlı aşağıdakıları söyləyib:
“Hələ ötən mövsümün qış fasiləsi zamanı da “Krılya Sovetov” və “Rostov” mənimlə maraqlanmışdı. Onlar indi yenə mənim agentimlə əlaqə saxlayıblar. Oyunlarımın videoyazısını istəyiblər. Amma mənimlə maraqlanan yalnız bu klublar deyil. Türkiyə variantı da var. Ölkə xaricində oynamağın əleyhinə deyiləm. Artıq 31 yaşım var və qazandığımı qazanmışam. Odu ki, xarici klublarla danışıqlarda maddi baxımdan hansısa ciddi şərtlər qoymaq fikrim yoxdu. Lakin heç bir kluba baxışa yollanmaq fikrim də yoxdu. Yalnız birbaşa müqavilə təklif edən, yaxşı komandaya keçəcəm”.