21 dekabr 2012 17:42
PFL Turan – Bakı oyunu ilə bağlı qərarını açıqladı
Topaz Premyer Liqasının 16-cı turunun təxirə salınmış “Turan” – “Bakı” oyununun keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən görüş 13 fevral 2013-cü il tarixində keçiriləcək.
