21 dekabr 2012 11:17
Vüqar Nadirov: Kamran Ağayev olsaydı, o zərbəni dəf edərdi
“Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov Topaz Premyer Liqasının 18-ci turunun “Xəzər Lənkəran”la oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Bu il qazandığınız son qələbə ilə bağlı nə deyə bilərsiz?
- Çətin oyun alındı. Meydanda demək olar ki, bərabər mübarizə getdi. Çünki hər iki komandanın qol vurmaq şansı var idi. Amma buna məhz biz nail olduq və fikrimcə, qələbəyə layiq idik. Hər halda biz daha çox hücum edən tərəf idik.

- “Qələbə”yə rəğmən, “Qarabağ” bu ili ən yaxşı halda ikinci pillədə başa vura biləcək...
- Hələ rəqiblərimizin necə oynayacağı bəlli deyil. Amma ikinci və ya üçüncü olmağımızda ciddi heç nə yoxdu. Əsas odu ki, belə bir çətin oyunda qələbə qazandıq və istirahətə yaxşı əhval-ruhiyyədə yollandıq.
- Qurban Qurbanov bu mövsüm hücum xəttində çoxlu dəyişikliklər edir. Digər ön xətt oyunçuları kimi, siz də gah əsas heyətdə oynayırsız, gah da ehtiyatda qalırsız...
- Bu, problem deyil. Heç kimin oynaması da vacib deyil. Əsas komandanın qələbə qazanmasıdı.
- Vurduğunuz qol haqda nə deyə bilərsiz?
- Nə demək olar? Top ayağıma yaxşı oturdu və nəticədə yaxşı qol alındı.
- Nə demək olar? Top ayağıma yaxşı oturdu və nəticədə yaxşı qol alındı.
- Sizcə, qapıda daha təcrübəli qapıçı olsaydı, o zərbəni dəf edə bilərdi?
- Əgər qapıda Kamran Ağayev olsaydı, yəqin ki, o, bu topu tutardı.
- Əgər qapıda Kamran Ağayev olsaydı, yəqin ki, o, bu topu tutardı.
- Oxşar qolu “Neftçi”yə də vurmuşdunuz. Favoritlərin qəniminə çevrilmisiz?
- (gülür) Həqiqətən oxşar qollar alındı. Amma bunlar önəmlidi. Mənim əsas hədəfim mümkün qədər komandama fayda verməkdi.
- (gülür) Həqiqətən oxşar qollar alındı. Amma bunlar önəmlidi. Mənim əsas hədəfim mümkün qədər komandama fayda verməkdi.
- Yeri gəlmişkən, oyunda Tounkara ilə mübahisəniz düşdü. Buna nə səbəb oldu?
- O, bir epizodda mənə zərbə endirdi. Lakin bunu çox böyütmədik. Adi oyun epizodu idi.
- O, bir epizodda mənə zərbə endirdi. Lakin bunu çox böyütmədik. Adi oyun epizodu idi.
- Qışda heç yerə getməyə hazırlaşmırsız?
- Mənim klubumla müqaviləmin müddəti mövsümün sonuna qədərdi. Heç yerə getməyə hazırlaşmıram. Bu mövsüm “Qarabağ”la çempionatın qızıl medallarını qazanmaq istəyirəm.
- Mənim klubumla müqaviləmin müddəti mövsümün sonuna qədərdi. Heç yerə getməyə hazırlaşmıram. Bu mövsüm “Qarabağ”la çempionatın qızıl medallarını qazanmaq istəyirəm.