21 dekabr 2012 11:48
27-ci paytaxt derbisinə doğru
“Bakı” Azərbaycan Topaz Premyer Liqasının XVIII turunda səfərdə "İnter"in qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu oyun cari ilin təqvimində "Bakı"nın keçirəcəyi son qarşılaşmadı.
Rəqiblərin bü günədək keçirdiyi oyunların tarixinə nəzər salsaq, "Bakı"nın üstünlüyünü müşahidə etmək olar.
2004-cü ildən ölkə çempionatına qatılan komandalar cəmi 26 dəfə üz-üzə gəliblər. 11 dəfə "Bakı", 8 dəfə "İnter" qalib gəlib. 7 oyun bərabərliklə başa çatıb. Vurulan və buraxılan qolların nisbəti “Bakı”nın xeyrinədi - 22:13.
"Bakı" rəqibinə 5 dəfə evdə, 6 dəfə isə səfərdə qalib gəlib. Oyunların 3-ü kubok uğrunda yarışlara təsadüf edib. Kubok oyunlarında Bakı 2 dəfə alib gəlib və 1 dəfə məğlub olub.
Bu qarşılaşmalardan biri Azərbaycan kubokunun finalına təsadüf edib. “Bakı” 2004/2005-ci illər mövsümünün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan finalında 2:1 hesabı ilə qalib gəlib. Həmin oyunda nominal ev sahibi kimi "İnter" çıxış edib.
Ölkə çempionatlarına gəldikdə isə, komandaların ilk derbisi 13 dekabr 2004-cü il tarixində baş tutub və qolsuz bərabərliklə nəticələnib. 12 oyunun taleyini 1 qol həll edib. 5 dəfə "Bakı", 7 dəfə isə "İnter" 1:0 hesabı ilə qalib gəlib.
2011-ci ilin avqust ayında oynanılan qarşılaşmada meydanı tərk edən "İnter"ə 0:3 heablı texniki məğlubiyyət verilib.
Komandaların bu günədək qeydə alınan ən məhsuldar oyununda 4 qol vurulub. "Bakı" 2009/2010-cu illər mövsümünün yarımfinalında səfərdə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Komandalar 2012/2013-cü illər Azərbaycan Kubokunun 1/4 final mərhələsində də qarşı-qarşıya gələcəklər. Bu qarşılaşmalar 27 fevral və 7 mart 2012-ci il tarixlrində keçiriləcək.
