21 dekabr 2012 12:07
Rəvan Kemal Alispahiçlə yollarını ayırdı
“Rəvan” rəhbərliyi növbəti baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, klub başbilənləri Kemal Alispahiçlə yolları ayırmağa qərar verib.
Buna “Simurq”la oyunda yol verilən kobud səhv səbəb göstərilir. Qeyd edək ki, Alispahiçin rəhbərlik etdiyi məşqçilər korpusu legioner limitini kobud şəkildə pozublar və komandanı buna görə texniki məğlubiyyət gözləyir.
Maraq üçün bildirək ki, istefada komandanın uğursuz çıxışı da az rol oynamır. Çünki “Rəvan” hazırda 16 xalla sondan əvvəlki pillədə yer alır.
Xatırladaq ki, bu, cari mövsümdə yeddinci istefadı. Əvvəlki istefalardan ikisi elə “Rəvan”da olmuşdu. Öncə türkiyəli Cevat Gülər, ardından isə Bəhmən Həsənov istefaya göndərilmişdi. Bundan başqa Fatih Kavlak (Qəbələ), Fuad İsmayılov (Kəpəz) və Əsgər Abdullayev (Turan) də istefaya getmişdi.
