21 dekabr 2012 12:16
Vaqif Sadıqov: Qarşımıza Neftçini məğlub etmək vəzifəsi qoyulub
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 18-ci turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Komandanın qarşısına qələbə qazanmaq vəzifəsi qoyulub. Baxmayaraq ki, son dövrlərdə çox çətinliklə xal qazanırıq. Zədəlilərimiz, cəzalılarımız var. Qarşıdakı oyunu Viktor İbekoyi, Elman Taqayev və Tərlan Xəlilov buraxacaq. Amma onları əvəzləyəcək futbolçularımız da var. Bizi yüksək səviyyəli futbolçulardan ibarət komanda ilə çətin oyun gözləyir”.