22 dekabr 2012 18:37
Millimizin forvardı oynamadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 17-ci turu çərçivəsində “Şanlıurfaspor”la qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Amma çempionatın lideri bu görüşdən minimal hesablı məğlubiyyətlə ayrılıb.
Bu görüşdə Cihanın hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, o, yenə matçı sona qədər ehtiyatda izləyib.
Qeyd edək ki, Özkaranın komandası geridə qalan 17 oyuna topladığı 30 xalla birinci yerdə gedir.
PTT birinci liqası
17-ci tur
22 dekabr
Şanlıurfaspor - Erciyesspor - 1:0
