22 dekabr 2012 00:24
Denis Silva yenidən Neftçidə (FOTO)
Ötən mövsüm “Neftçi”nin heyətində Azərbaycan çempionu olmuş Denis Silva medalına qovuşub. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bu məqsədlə Bakıya təşrif buyurub.
Ona mükafatı “Neftçi”nin prezidenti Sadıq Sadıqov təqdim edib.
Xatırladaq ki, Deniz Silva vaxtilə "Xəzər Lənkəran"da da çıxış edib.
