21 dekabr 2012 12:49
Flavinyo: Çempionluğun ardını gətirmək niyyətindəyəm
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo komandasının çempionluq şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları bildirib:
“Çempionluq yarışı uzun marafondu. Buna baxmayaraq qazanılacaq hər xalın böyük əhəmiyyəti var. Qış fasiləsinə potensial lider kimi yollana bilərik. Bunun üçün qarşıdakı 2 oyunda qələbə qazanmalıyıq. Mən “Neftçi” ilə 2 il ardıcıl çempionluq sevinci yaşamışam və bunun ardını gətirmək niyyətindəyəm. Komanda rəhbərliyinin göstərdiyi etimadı doğrultmalıyıq”.
