22 dekabr 2012 00:46
Kəpəzin dörd futbolçusu İrana getdi
Qış fasiləsinə çıxan "Kəpəz"in dindar futbolçularından bəziləri İranda dini ziyarətgahlara səfər edəcəklər. Azerisport.az xəbər verir ki, bu barədə komandanın qolkiperi Xəyal Zeynalov məlumat verib.
Onun sözlərinə görə, özü ilə yanaşı komanda yoldaşlarından Şahin Kərimov, Atin Abdullayev və Vüqar İbrahimov da səfərə çıxacaq:
"Bu gün (dünən – azerisport.az) gecə saatlarında avtobusla yola çıxırıq. Səfərimiz 9 gün davam edəcək. Qum və Məşhəd şəhərində olacağıq. Məşhəddə İmam Rza (ə) türbəsini ziyarət edəcəyik. Xalqımız, dövlətimiz, futbolumuz və komandamız üçün duallar edəcəyik". (klub saytı)
