22 dekabr 2012 18:50

Derbiləri Neftçi və İnter qazandı (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 2012-ci ilin son turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, 18-ci turun son oyun günündə iki görüş baş tutub.
 
Hər iki qarşılaşma paytaxt derbisi çərçivəsində keçirilib. “İnter” “Bakı” ilə üz-üzə gəlib. Meydan sahibləri minimal hesablı qələbəyə seviniblər. Son çempion “Neftçi” isə AZAL ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də 3 xal meydan sahiblərinə qismət olub.
 
Topaz Premyer Liqası
18-ci tur
22 dekabr (şənbə)
 
NEFTÇİ – AZAL - 4:2 (2:0)
Qollar: Flavinyo, 18 (1:0), J.Vobay, 36 (2:0), R.Sadiqov, 67 (3:0), Z.Benuahi, 77 (3:1), C.İmamverdiyev, 89 (4:1), F.Nildo, 90+3-pen (4:2)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov.
Bakı. 8-ci km. stadionu.
 
Oyun başladı
5. "Neftçi" ilk dəqiqələrdən təşəbbüsə yiyələnib
8. O.Həsənovun zərbəsi dəqiq olmur
9. Bertuççinin təhlükəli zərbəsini Ağacanov dəf edir
12. AZAL korner qazanır. Amma qapıya zərbə dəqiq alınmır
18. Kanalesin ötürməsini Flavinyo dəqiq zərbəylə qola çevirir - 1:0
20. Arsenyeviç sarı vərəqə alan ilk futbolçu olur
27. Vobay sarı vərəqə ilə cəzalanır
32. Benuahi inanılmaz qol şansını qaçırır. O, müdafiəçinin kobud səhvindən sonra qapıçı ilə üz-üzə qalsa da, zərbəsi hədəfdən yan keçir
33. Ağacanov komandasını növbəti qoldan xilas edir
36. Sadiqovun ilk zərbəsini qapıçı dəf etsə də, Vobay təkrar zərbə ilə hesab arasındakı fərqi artırır - 2:0
39. Mitreski də sarı vərəqə ilə cəzalanır
45. T.Novruzov da sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Stamenkoviç topu kornerə çıxarmaqla komandasını qoldan xilas edir
50. "Neftçi" oyuna nəzarəti davam etdirir
54. Stamenkoviç daha iki dəfə komandasının xilaskarına çevrilir
60. AZAL fasilədən sonra çox fəallaşıb və ardıcıl hücumlar qurur
60. Flavinyo sarı vərəqə ilə cəzalanır. Onunla mübahisə edən O.Klyava da vərəqəsiz ötüşmür
62. Böyükağa Hacıyev texniki zonadan kənarlaşdırırlır
63. A.Abdullayevi C.İmamverdiyev əvəzləyir
64. Sadiqovun zərbəsini qapıçı tutur
67. Sadiqov möhtəşəm qolla hesabı darmadağın həddinə çatdırır - 3:0
67. Qeyd edək ki, Rəşad bu epizodda qapı qarşısına cinah ötürməsi etmişdi. Amma top trayektoriyasını dəyişərək qapıya daxil olur
69. O.Həsənovu C.Tağıyev əvəzləyir
70. Arsenyeviçin cərimə zərbəsi qapının üstündən keçir
72. "Neftçi" korneri boşa verir
75. B.Bertuççini E.Mehdiyev əvəzləyir
77. Nildonun zərbəsini qapıçı dəf etsə də, Benuahi təkrar zərbəylə hesab arasındakı fərqi azaldır - 3:1
79. Flavinyonu E.Abdullayev əvəzləyir
80. AZAL-da isə Novruzovu A.Veliçka əvəzləyir
81. R.Tağızadəni də E.Məmmədov əvəzləyir
86. C.İmamverdiyev dördüncü qolu vurmağa yaxın olsa da, Ağacanovla dueldən məğlub ayrılır
89. "Neftçi" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanır: M.Şükürovun zərbəsi tirdən qayıtsa da, Cavid təkrar baş zərbəsiylə dördüncü qolu vurur - 4:1
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. "Neftçi"nin qapısına penalti təyin olunur
90+2. S.Stamenkoviçə sarı vərəqə göstərilir
90+3. Nildo penaltini dəqiq yerinə yetirir - 4:2
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Elşən Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 5. Oskar Klyava, 99. Orxan Həsənov, 22. Ruslan Tağızadə, 11. Zohair Benouahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 23. Tural Nərimanov, 25. Səbuhi Həsənov, 19. Orxan Səfiyaroğlu, 9. Elşən Məmmədov, 37. Andrius Veliçka, 7. Cavid Tağıyev.
 
İNTER – BAKI - 1:0 (0:0)
Qol: B.Tsxadadze, 58-pen (1:0)
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
4. Hər iki komanda oyuna hücumlarla başlayıb
5. "Bakı" oyunda vurulan ilk korneri uğursuz yerinə yetirir
10. Qonaqlar hələ ki, daha fəal təsir bağışlayırlar və topa nəzarəti əldə saxlamağa çalışırlar
15. Oyun daha çox meydanın mərkəzində keçir
21. Daşdəmirovun zərbəsi qapıdan yan keçir
24. "Bakı"nın növbəti korner vuruşu zamanı müdafiəçilər topu təhlükəli zonadan uzaqlaşdırırlar
25. Karqbonun uzaqdan zərbəsini Lomaya çətinlik çəkmədən tutur
28. Verpakovski komandasının təhlükəli hücumunu yaxın məsafədən dəqiq zərbə ilə tamamlaya bilmir
31. Oyunda ilk sarı vərəqəni S.Zərgərov alır
33. Kandelakinin qapı önünə təhlükəli ötürməsini son anda müdafiəçilər uzaqlaşdırırlar
37. Müdafiəçilərin kobud səhvi az qala "Bakı"ya baha başa gələcəkdi. Son anda Nuredinoski komandasını qoldan xilas edir
38. Juninyonun uzaqdan zərbəsi qapıdan yan keçir
40. "İnter" hissənin sonlarında fəallığı artırıb
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. Nuredinoski S.Zərgərovla top uğrunda mübarizə zamanı qaydanı pozur və hakim penalti təyin edir
52. Edin bu epizodda ciddi zədələndiyi üçün oyunda fasilə yaranıb
54. Nuredinoskinin vəziyyəti gözlənildiyindən də pis olduğu üçün meydana təcili tibbi yardım maşını daxil olur və onu arenadan çıxarırlar
55. Hakim Nuredinoskiyə sarı vərəqə də göstərir
56. Nuredinoskinin əvəzində meydana A.Məmmədov daxil olur
58. B.Tsxadadze penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı açır - 1:0
62. Niassenin təhlükəli zərbəsini Məmmədov tutur
63. R.Hacıyevi A.Şoliç əvəzləyir
68. Juninyonun qüvvətli zərbəsini son anda Lomaya dəf edə bilir
71. S.Zərgərovu A.Məmmədov əvəzləyir
73. Karqbo sarı vərəqə alır
76. Tsxadadzeni D.Genov əvəzləyir
77. "Bakı"da isə Çesnauskini N.Novruzov əvəzləyir
83. Georgiyevski sarı vərəqə alır
84. "Bakı" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanır: Juninyonun zərbəsi canlı səddən dönür
88. N.Hacıyevi R.Əmircanov əvəzləyir
88. "Bakı" daha bir korneri boşa verir
89. Daha bir futbolçu ciddi zədə aldığı üçün oyunda fasilə yaranıb. Bu, komanda yoldaşıyla toqquşan Genovdu
90. Matçın əsas vaxtına 6 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 7. Ruslan Əmircanov, 9. Daniel Genov, 11. Asif Məmmədov, 13. Coşqun Diniyev, 77. Ramil Masnurov, 87. Cəmil Hacıyev.
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 29. Əziz Quliyev, 25. Şəhriyar Əliyev, 3. Denis İvanov, 8. Junior Vilson, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 11. Elvin Məmmədov (k), 23. Maris Verpakovski, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 27. George Popxadze, 77. Aleksandar Soliç, 5. Duje Bakoviç, 14. Elvin Əliyev, 19. Nurlan Novruzov, 17. Ramazan Abbasov.
 
Turun digər oyunları: Turan– Qəbələ - 0:2, Simurq – Rəvan – 1:0, Sumqayıt – Kəpəz – 2:1, Qarabağ – XəzərLənkəran – 1:0.
 
1 İnter 17 9 6 2 18 6 +12 33
2 Simurq 18 9 6 3 21 11 +10 33
3 Qarabağ 18 8 7 3 23 16 +7 31
4 Neftçi 16 9 1 6 34 20 +14 28
5 Qəbələ 18 8 4 6 21 18 +3 28
6 XL 18 6 6 6 24 18 +6 24
7 AZAL 17 5 7 5 21 19 +2 22
8 Sumqayıt 18 5 5 8 17 32 –15 20
9 Turan 17 5 5 7 19 22 –3 20
10 Bakı 17 3 10 4 15 13 +2 19
11 Rəvan 18 4 4 10 16 29 –13 16
12 Kəpəz 18 2 3 13 11 36 –25 9
 
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
9 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan), Zohair Benuahi (AZAL)
6 - Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.