21 dekabr 2012 13:04
“Klub prezidenti Sadıq Sadıqova çempionluq sözü vermişik”
“Neftçi”nin kapitanı Rəşad Sadiqov AZAL ilə oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Çempionatın son oyunlarında çıxışımız istədiyimizdən zəif alındı. Bəzi oyunlarda xal itkisi ilə üzləşdik. Bununla belə toparlanıb qarşıdakı görüşlərdə maksimum nəticə qazanmağa çalışacağıq. Biz klub prezidenti Sadıq Sadıqova çempionluq sözü vermişik və mövsümün sonunda sözümüz təsdiqini tapacaq. “Neftçi” həmişə yalnız birincilik uğrunda oynayıb. Ardıcıl üçüncü dəfə qızıl medalları qazanmaqda israrlıyıq. Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra azarkeşlər də bizdən yalnız çempionluq gözləyir”.
