21 dekabr 2012 11:25
Neftçi hazırlıqlarını bu gün tamamlayacaq
“Neftçi” PFK Topaz Premyer Liqasının XVIII turu çərçivəsində AZAL klubu ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” ötən gün İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq ediblər.
İsinmə hərəkətləri ilə başlayan hazırlıq ikitərəfli oyunla yekunlaşıb. Flaqmanın oyun öncəsi son məşqi isə bu gün baş tutacaq.
Qeyd edək ki, “8-ci km” stadionunda təşkil olunacaq “Neftçi” - AZAL oyunu 22.12.2012-ci il tarixində saat 17:00-da başlayacaq.
