21 dekabr 2012 13:48
Alispahiç üzr istədi
“Rəvan”ın sabiq baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 18-ci turunun “Simurq”la oyununda onun istefasına gətirib çıxan kobud səhvdən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyun çox gərgin keçdi. Bu səhvi qeyri-ixtiyari olaraq buraxmışam. Vidakoviçi Bosmanın əvəzində meydana buraxmaq istəyirdim. Həmin anda Tural Cəlilov kənara yaxınlaşıb əvəzlənməsini istədi. Bu üzdən də Cəlilovun yerinə Vidakoviç çıxdı. Bundan cəmi iki dəqiqə sonra səhvimi başa düşdüm. Dərhal dördüncü hakimə yaxınlaşıb səhvə yol verdiyimizi bildirdim. Dərhal növbəti dəyişikliyə əl atdıq. Lakin artıq gec idi. Heç nə etmək olmazdı. Köməkçilərimdən də heç biri mənə demədi ki, belə etmək olmaz. Buna baxmayaraq, mən məsuliyyəti üzərimdən atmıram və səhvi özümdə görürəm. Bu səhvimə görə hər kəsdən üzr istəyirəm”.