21 dekabr 2012 14:09
Turan Andrey Popoviçi geri qaytarır
“Turan” rəhbərliyi qapıçı Andrey Popoviçə daha bir şans vermək qərarına gəlib. Azerisport.az xəbər verir ki, AFFA rəhbərliyi futbol üzrə Azərbaycan yığmasının da şərəfini qoruyan qapıçının bu komandaya qayıtması üçün rəhbərlikdən xahiş etmişdi.
Tovuz klubunun rəhbərliyi məhz bu müraciəti müsbət cavablandırmağa qərar verib. Popoviç yanvar ayında yenidən “Turan”a qayıdacaq.
Qeyd edək ki, Popoviç daxili nizam-intizamı pozduğuna görə baş məşqçi Əfqan Talıbov tərəfindən komandadan kənarlaşdırılmışdı.
