21 dekabr 2012 14:21
Rəvanın yeni baş məşqçisi hədəflərini açıqladı
“Rəvan”ın yeni baş məşqçisi Ramil Əliyev hədəflərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəhbərlik sağ olsun ki, mənə bu postu həvalə etdilər. Onların bu etimadını doğrultmaq istəyirəm. Ümid edirəm ki, bu əməkdaşlığımız uzunmüddətli və uğurlu olacaq. Bu mövsüm yaxşı komanda qurmağa çalışacağıq. Məqsədimiz gələn mövsüm üçün qarşıya qoyulacaq vəzifənin öhdəsindən gələ biləcək komanda formalaşdırmaqdı. Bu mövsüm isə Azərbaycan kubokunu qazanmaq istərdim. Gənc olsam da, çətinliklərdən qorxmuram. Əks halda heç bu posta gəlməzdim”.