21 dekabr 2012 16:07
Elnur Allahverdiyev: Qarabağın qələbəsi ədalətli deyildi
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Topaz Premyer Liqasının 18-ci turunun “Qarabağ”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Son məğlubiyyətinizlə bağlı nə deyə bilərsiz?
- Belə məğlubiyyətdən sonra nə demək olar? Çox məyusuq. İlin son oyununda uduzmaq istəməzdik. Heç danışmaq istəmirəm.
- Son məğlubiyyətinizlə bağlı nə deyə bilərsiz?
- Belə məğlubiyyətdən sonra nə demək olar? Çox məyusuq. İlin son oyununda uduzmaq istəməzdik. Heç danışmaq istəmirəm.
- Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Biz bu oyunda uduzmalı deyildik. Bərabər oyun idi. Rəqibimiz qapıya bircə zərbə endirdi, o da qol oldu. “Qarabağ”ın qələbəsini ədalətli hesab etmirəm. Çünki biz məğlubiyyətə layiq oyun sərgiləmədik.

- Amma qələbəyə layiq də sayıla bilməz...
- Bilirəm. Lakin biz qələbəyə layiq oyun sərgiləməsək də, bu, o demək deyil ki, meydanda tam gücümüzü qoymadıq. Sadəcə, belə çətin rəqibə qarşı hücumçusuz oynamaq çox ağırdı. Branimir Subaşiçlə Dmitrios Sialmas zədəli olduğundan, komandaya kömək edə bilmirdi. Bu, oyunumuza təsirsiz ötüşmədi.
- Deməli, “Xəzər Lənkəran” heç-heçəyə razı idi?
- Təbii ki, heç-heçə məğlubiyyətlə müqayisədə daha yaxşı nəticədi. Amma biz heç-heçəyə oynamırdıq. Problemlərə rəğmən, bizim də qol vurmaq şanslarımız var idi.
- Təbii ki, heç-heçə məğlubiyyətlə müqayisədə daha yaxşı nəticədi. Amma biz heç-heçəyə oynamırdıq. Problemlərə rəğmən, bizim də qol vurmaq şanslarımız var idi.
- Komandanızın ilk altılıqdan kənarda qalmaq təhlükəsi yaranıb...
- Bizim hələ daha dörd oyunumuz var. Hazırlaşacağıq, sona qədər mübarizə aparacağıq. Hesab edirəm ki, hər şey öz əlimizdədi. Əgər qalan görüşlərdə qələbə qazansaq, ilk altılığa düşməyimizdə problem yaranmayacaq.
- Cəzanız başa çatsa da, yenə milliyə çağırılmırsız. Yanvar toplanışında milliyə dəvət alacağınıza inanırsız?
- Niyə də yox? Dəvət almalıyam. Hazırda heç də pis formada deyiləm. Hər şeyə rəğmən, yenidən milliyə qayıtmaq istəyirəm.
- Niyə də yox? Dəvət almalıyam. Hazırda heç də pis formada deyiləm. Hər şeyə rəğmən, yenidən milliyə qayıtmaq istəyirəm.