21 dekabr 2012 16:29
Tahir Süleymanov: Kamran Ağayevlə danışıqlar apara bilərik
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin paytaxt klubuna keçmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bir neçə gün öncə Kamran özü “Neftçi”yə keçmək arzusunu bəyan edib. O, yaxşı qapıçıdı, yığmanın bir nömrəli qolkiperidi. Ondan kim imtina edər ki? Lakin Ağayevin “Xəzər Lənkəran”la müqaviləsi var. Əgər o, komandamıza keçmək istəyirsə, klubu ilə bütün məsələləri yoluna qoymalıdı. Ondan sonra biz Kamranla danışıqlar apara bilərik”.