21 dekabr 2012 16:56

Qarabağın 5 illik qeyri-adi seriyası

“Qarabağ” Premyer Liqanın XVIII turunda “Xəzər Lənkəran”ı 1:0 məğlub etməklə qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollandı. Azerisport.az xəbər verir ki, son 4 oyunda 10 xal toplayan `Qarabağ`ımız çıxışda olduğunu göstərdi.
 
“Qarabağ” “Xəzər Lənkəran”ı məğlub etməklə həm əsas rəqibinindən aralandı, həm də inanlmaz bir ənənəni davam etdirdi. Artıq 5 ildi “Qarabağ”ı çalışdıran Qurban Qurbanovun komandası elə bir seriya əldə edib ki, həm inanmaq çətindi, həm də bu zənciri çətin kimsə yaxın illərdə qıra bilsin.
Belə ki, düz 5 ildi Qurbanovlu “Qarabağ” qış fasiləsinə qədər qalan son 4 matçda... uduzmayıb.  Əslində, bir qədər də dəqiqləşdirsək, son 4 ildə bu oyunlar ancaq dekabra təsadüf edib və “Qarabağ” ilin son ayında məğlubiyyət görməyib. 2008-ci il də ümumiyyətlə qış fasiləsinə  dekabra çatmamış çıxıldığından “Qarabağ” meydana çıxmayıb. Əvəzində noyabrda baş tutan 4 görüşdə “Qarabağ” indiyə kimi davam edən seriyanın əsasını qoyub.
 
Arxada qalan mövsümdə ən uğurlu il 2010-da olub. “Qarabağ” həmin il sonunda 4 oyunun 4-də də qələbə çalıb. Bu il isə 10 xal 2-ci nəticə qeydə alınıb. Ötən il isə dekabr oyunlarında qapımızda qol görməmişik.
 
Ümumi götürdükdə, 5 il müddətində davam edən seriyada 21 oyun baş tutub. 13 oyunda qləbəbə qazanan “Qarabağ” 8 oyunda heç-heçə edib. 27 qol vuran komanda qapısında cəmi 10 görüb.
 
Bu seriyada ən çox oyun “Xəzər Lənkəran”la olub. 5 mövsümün 4-də (!) yollar cənub klubuyla kəsişib. “Qarabağ” səfərdəki 3 oyundan 2-ni qazanıb, bir də isə heç-heçə edib. Sonuncu oyunda isə ilk dəfə “ağ-yaşıllar”ı doğma meydanda qəbul edən ağdamlılar Vüqar Nadirovun qolu ilə möhtəşəm seriyanı davam etdirdilər.
 
“Qarabağ”ın seriyasındakı bütün oyunlar:
 
2008
`Qarabağ` - `Neftçi`  1:1   09.11.2008
`İnter` - `Qarabağ`   1:1   15.11.2008
`Xəzər-L` - `Qarabağ` 1:3   23.11.2008
`Qarabağ` - `Karvan`  3:2   29.11.2008
 
2009
`Qəbələ` - `Qarabağ`  1:1   06.12.2009
`Qarabağ` - `Muğan`   2:1   10.12.2009
`Standard` - `Qarabağ`0:1   13.12.2009
`Qarabağ` - `Simurq`  0:0   19.12.2009
`Qarabağ` - `Bakı`    0:0   24.12.2009
 
2010
`Qarabağ` - `İnter`   1:0   04.12.2010
`Simurq` - `Qarabağ`  0:1   11.12.2010
`Qarabağ` - `Muğan`   2:0   18.12.2010
`X-L` - `Qarabağ`     1:2   23.12.2010
 
2011
`Turan` - `Qarabağ`   0:1   04.12.2011
`X-L` - `Qarabağ`     0:0   09.12.2011
`Qarabağ` - `Rəvan`   2:0   16.12.2011
`Qəbələ` - `Qarabağ`  0:0   21.12.2011
 
2012
`Neftçi` - `Qarabağ`  0:1   02.12.2012
`Qarabağ` - `Kəpəz`   3:1   07.12.2012
`Bakı` - `Qarabağ`    0:0   15.12.2012
`Qarabağ` - `X-L`     1:0   20.12.2012
 
Klub saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.