22 dekabr 2012 18:28
“Buraxdığımız 12 qoldan 5-i 11 metrlik cərimə zərbələrindən vurulub”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 18-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün çox vacib oyun idi. Oyunun ilk hissəsində həm müdafidə, həm də hücumda yaxşı oynamadıq. Hücumda müəyyən çatışmazlıqlar var idi. İkinci hissənin əvvələrində isə 11 metrlik cərimə zərbəsindən qapımızda qol gördük. Bu mövsüm buraxdığımız 12 qoldan 5-i 11 metrlik cərimə zərbələrindən vurulub. İkinci hissədə oyunumuzdan narazı qaldım. Rəqib komanda müdafiədə yaxşı oynadı”.
