22 dekabr 2012 19:45
Böyükağa Hacıyev: Mənə qarşı aqressiya və təxribat var
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 18-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun pis alınmadı. Hesab 4:1 olanda qapımızdan daha bir qol buraxdıq. “Neftçi”yə rəqib yoxdu. Mənə qarşı aqressiya və təxribat var. Azərbaycanlı olmağımızla fəxr etməliyik. Elçin Məmmədovun sözündən çıxmaq olmaz. Mənə çıx dedi, mən də çıxdım”.
