23 dekabr 2012 00:11
İlə sürprizsiz vida!
Topaz Premyer Liqasında 18-ci tur da arxada qaldı. Azerisport.az xəbər verir ki, 2012-ci ilə təsadüf edən son turun oyunları bir günlük fasilə ilə keçirildi.
İlk oyun gününün ən prinsipial görüşü Bakıda keçirildi. Günün mərkəzi görüşündə "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edirdi. Qurban Qurbanovun komandası cənub təmsilçisini tək qolla keçdi. Beləcə, Ağdam klubu vacib qələbə qazanaraq, liderlər qrupunda mövqeyini möhkəmlətdi. Lənkəranlılar isə bu məğlubiyyətlə altılıq şansları bir qədər riskə atmış oldu. Matçda yeganə qolu sonradan oyuna daxil olan Vüqar Nadirov vurdu. Cari mövsümdə qol hesabını aça bilməyən Rauf Əliyevi əvəzləyən Vüqar cəmi 4 dəqiqə sonra komandasına qələbə gətirən topu vurdu. Xatırladaq ki, "Qarabağ" çempion "Neftçi"ni də Nadirovun tək qolu ilə məğlubiyyətə uğratmışdı.
Mövsümün kəşfi "Simurq" da qış tətilinə yüksək əhval-ruhiyyədə yollandı. Zaqatalalılar 2012-ci ilin son matçını da qələbəylə başa vurdular. Lakin liderliyə şərik olan "Simurq" sondan ikinci yerdə qərarlaşan "Rəvan"ın müqavimətini çox çətinliklə qıra bildi. Yalnız ikinci hissədə meydana daxil olan Marçın Burhard və Rəşad Eyyubov oyunda dönüş yarada bildi. Məhz bunun məntiqi nəticəsi kimi final fitinə 2 dəqiqdə qalmış Zdravko Popoviç komandasına qələbə gətirən topu vurdu.
Daha bir maraqlı oyun Tovuzda baş tutdu. İlk altılığa can atan koçandaların duelində qonaqlar qalib tərəf oldular. Oyun çox maraqlı və qarşılıqlı hücumlar şəraitində keçdi. Amma ilk yarıda həm "Turan", həm də "Qəbələ" qapısını toxunulmaz saxlaya bildi. Matçın taleyi son 15 dəqiqədə həll olundu. Özü də penaltiylə. "Turan"ın idarəçiliydən narazı qaldığı baş hakim Fariz Yusifovun qərarı "Qəbələ"ni oyunu öz xeyrinə başa vurmağa imkan verdi. Dodo sona 2 dəqiqə qalmış əks-hücumda ikinci topu vurdu və komandasına hava-su kimi vacib olan 3 xalı rəsmiləşdirdi.
Onsuzda vəziyyəti ağır olan "Kəpəz"ə daha bir zərbə "Sumqayıt"dan aldı. Autsayderlərin duelində gəncəlilər əsl şok yaşadılar. Bayıl stadionunda keçirilən matç çox dramatik alındı. İkinci hissənin əvvəlində hesabı açan gəncəlilər uzun həsrətdən sonra ilk qələbəni qazanmağa çox yaxın idi. Amma "Kəpəz" son dəqiqələrdə nəinki qələbəni əldən verdi, hətta növbəti məğlubiyyətlə üzləşdi. Anar Salmanovun Bujamin Asani meydandan qovması, qonaqlara "Sumqayıt"ın təzyiqi qarşısında aciz qalmağa rəvac verdi. Sona 2 dəqiqə qalmış sabiq "Kəpəz"li Sabir Allahquliyev bərabərlik qolu vurdu. Qonaqların şokda omasından yararlanan Bernard Raabın yetirmələri əlavə edilmiş 2-ci dəqiqədə daha bir top vurub, 2:1 hesabıyla qalib gəldilər.
Turun qalan iki oyun isə bir günlük fasilədən sonra – ötən gün keçirildi. Lider "İnter" “Bakı” ilə paytaxt derbisində növbəti qələbəsini qazanıb, qış fasiləsinə qızıl medallara ən real namizədlərdən biri kimi yollandı. "Şəfa" stadionunda "bankirlərə" yenilən "Bakı" isə vəziyyətini bir qədər də qəlızləşdirdi. Artıq bu komandanın ilk altılığa belə düşməsi möcüzələrə qalıb. Yəqin ki, rəhbərlik tam uğursuzluğa düçar olan baş məşqçi Bojidar Bandoviçi daha postunda saxlamaz.
Ölkə çempionatında 2012-ci ilin son matçının – “Neftçi” – AZAL görüşünün daha çəkişməli keçəcəyi gözlənilirdi. Amma AZAL çempiona müqavimət göstərə bilmədi. İlk yarıda 2 cavabsız qol vuran "Neftçi" oyunun taleyini 36 dəqiqəyə həll etmiş oldu. Amma matç bol qollu alındı. 6 qol vurulan qarşılaşmada xüsusi ilə Rəşad Sadiqovun uzaq məsafədən vurduğu top çox baxımlı alındı. Beləcə, “ağ-qaralar” dördüncü pillədəki mövqelərini möhkəmləndirmiş oldular. İndi Böyükağa Hacıyevin komandasının daha üst pillələrə çıxmaq üçün də yaxşı şansı var.
Topaz Premyer Liqası
18-ci tur
SUMQAYIT – KƏPƏZ - 2:1 (0:0)
Qollar: E.İmaməliyev, 47 (0:1), S.Allahquliyev, 88 (1:1), M.Mirzəbəyov, 90+1 (2:1)
Sarı vərəqələr: Aftandil Hacıyev, 15 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Slavik Alxasov, 26 (hakimə etiraz); Ceyhun Sultanov, 30 (əllə oyun); Pərdiz Fərcad Azad, 50 (qeyri-idman hərəkəti) - Georgi Sepiaşvili, 11 (sürüşmə fəndindən düzgün sitifadə etmədiyinə görə); Bujamin Asani, 20 (qeyri-idman hərəkəti); 74 (bilərəkdən rəqibi əllə tutduğuna görə); Emin İmaməliyev, 27 (hakimə etiraz); Nicat Məmmədov, 52 (qeyri-idman hərəkəti); Emin Əliyev, 56 (hakimə etiraz); Vüqar İbrahimov, 86 (fitdən sonra topa zərbə); Bəxtiyar Soltanov, 90+2 (fitdən sonra topa zərbə)
Qırmızı vərəqə: Bujamin Asani, 74 (bilərəkdən rəqibi əllə tutduğuna görə).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
20 dekabr 2012. Bakı. Bayıl Arena. 150 tamaşaçı.
Sumqayıt: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev (92. Bəxtiyar Həsənalızadə, 46), 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev (11. Sabir Allahquliyev, 72), 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk (22. Xəyal Mustafayev, 64), 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 25. Aydın Qasımov.
Baş məşqçi: Bernard Raab.
Kəpəz: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev (15. Şahin Kərimov, 78), 23. Vüqar İbrahimov, 30. Yuri Fomenko (9. Bəxtiyar Soltanov, 87), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 19. Atin Abdullayev, 25. Ravil Müslümov.
Baş məşqçi: Mahmud Qurbanov.
SİMURQ – RƏVAN - 1:0 (0:0)
Qol: Z.Popoviç, 90+2 (1:0).
Sarı vərəqələr: Dilaver Zrnanoviç, 55 (qeyri-idman hərəkəti); Mario Bojiç, 85 (qeyri-idman hərəkəti); Zdravko Popoviç, 90+3 (qeyri-idman hərəkəti) - Tural Axundov, 32 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Hüseyn Axundov, 88 (qeyri-idman hərəkəti); Ekrem Hodziç, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
20 dekabr 2012. Zaqatala. Şəhər stadionu. 2500 tamaşaçı.
Simurq: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov (9. Marçin Burhard, 65), 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 19. Nicat Qurbanov (20. Rəşad Eyubov, 75), 25. Mario Bojiç.
Simurq: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov (9. Marçin Burhard, 65), 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 19. Nicat Qurbanov (20. Rəşad Eyubov, 75), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 24. Mehman Məmmədov, 79. Nenad Stoyanoviç.
Baş məşqçi: Georgi Çixradze.
Rəvan: 1. Lukaş Sapela, 4. Ekrem Hodziç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 11. Şeriff Suma, 14. Xuan Manuel Varea, 15. Tural Cəlilov (10. Nemanya Vidakoviç, 68), 18. Samuel Barlay, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman (17. Rüfət Cəlilov, 72), 27. Nuran Qurbanov (19. Hüseyn Axundov, 82).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 13. Şəhriyar Rəhimov, 16. Orxan Lalayev, 9. Vüsal Qarayev.
Baş məşqçi: Kemal Alispahiç.
TURAN – QƏBƏLƏ - 0:2 (0:0)
Qollar: R.Abdullayev, 76-pen (0:1), Dodo, 88 (0:2).
Sarı vərəqələr: Fərid Quliyev, 44; (qeyri-idman hərəkəti); Ruslan Zubkov, 57 (qeyri-idman hərəkəti); Marius Kazlauskas, 76 (qeyri-idman hərəkəti) - Lourival Assis, 39 (qeyri-idman hərəkəti); Şəhriyar Xəlilov, 44 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Azər Əsgərov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
20 dekabr 2012. Tovuz. Şəhər stadionu. 1500 tamaşaçı.
Turan: 27. Natiq Səhrətov, 5. Fərid Quliyev (23. İrakli Beraya, 62), 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev (k), 13. Marius Kazlauskas (11. Qoqi Pipiya, 80), 14. Ender Günlü, 22. Salif Ballo, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç (17. Fərmayıl Əliyev, 71).
Ehtiyat oyunçular: 28. Mehman Hacıyev, 18. Seymur Tağıyev, 16. Elmixan Məmmədov, 19. Asəf Qədiri.
Baş məşqçi: Əfqan Talıbov.
Qəbələ: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (18. Aleksandr Çertoqanov, 60), 22. Lourival Rodriqes Assis, 23. Şəhriyar Xəlilov (3. Vurğun Hüseynov, 90+2), 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k) (7. Yaşar Abuzərov, 81), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Muammer Erdoğdu, 19. Rövşən Əmiraslanov, 35. Tərzin Cahangirov.
Baş məşqçi: Ramiz Məmmədov.
QARABAĞ – XƏZƏR LƏNKƏRAN - 1:0 (0:0)
Qol: V.Nadirov, 73 (1:0).
Sarı vərəqələr: Riçard Almeyda, 26 (qeyri-idman hərəkəti); Hacı Əhmədov, 90+3 (oyunun bərpasını gecikdirdiyinə görə) - Sadio Tounkara, 36 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Saat 16:00. Bakı. T.Bəhramov adına Respublika stadionu. 700 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Rauf Əliyev (17. Vüqar Nadirov, 69), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (10. Muarem Muarem, 84), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (55. Bədavi Hüseynov, 90+3).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 3. Kamil Hüseynov, 16. Elnur Abdulov, 88. Emin Mustafayev.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 9. Branimir Subaşiç, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Karles Bakes.
İNTER – BAKI - 1:0 (0:0)
Qol: B.Tsxadadze, 58-pen (1:0)
Sarı vərəqələr: Samir Zərgərov, 31 (əllə oyun); Vladimir Levin, 48 (qeyri-idman hərəkəti); Slavço Georgiyevski, 83 (rəqibə badalaq); Fuad Bayramov, 90+3 (kobud oyun) - Edin Nuredinoski, 55 (rəqibi tutduğuna görə); Aleksandar Soliç, 73 (hakimə etiraz); İbrahim Karqbo, 73 (qeyri-idman hərəkəti); Nurlan Novruzov, 90+1 (əl ilə oyun).
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 6 dəq.
22 dekabr 2012. Bakı. “Şəfa” stadionu. 350 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov (11. Asif Məmmədov, 71), 8. Nizami Hacıyev (7. Ruslan Əmircanov, 87), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (9. Daniel Genov, 75).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 13. Coşqun Diniyev, 77. Ramil Masnurov, 87. Cəmil Hacıyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Bakı: 82. Edin Nuredinoski (16. Aqil Məmmədov, 57), 2. Edemir Rodriqes, 29. Əziz Quliyev, 25. Şəhriyar Əliyev, 3. Denis İvanov, 8. Junior Vilson, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski (19. Nurlan Novruzov, 77), 11. Elvin Məmmədov (k), 23. Maris Verpakovski, 99. Rəhman Hacıyev (77. Aleksandar Soliç, 63).
Ehtiyat oyunçular: 27. George Popxadze, 5. Duje Bakoviç, 14. Elvin Əliyev, 17. Ramazan Abbasov.
Baş məşqçi: Bojidar Bandoviç.
NEFTÇİ – AZAL - 4:2 (2:0)
Qollar: Flavinyo, 18 (1:0), J.Vobay, 36 (2:0), R.Sadiqov, 68 (3:0), Z.Benuahi, 78 (3:1), C.İmamverdiyev, 89 (4:1), F.Nildo, 90+3 (4:2)
Sarı vərəqələr: Julius Vobay, 27 (hakimə etiraz); İqor Mitreski, 39 (qeyri-idman hərəkəti); Flavinyo, 60 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 90+2 (fitdən sonra topa zərbə); Elvin Yunuszadə, 90+2 (qeyri-idman hərəkəti) - Branislav Arsenyeviç, 20 (qeyri-idman hərəkəti); Taqim Novruzov, 45 (qeyri-idman hərəkəti); Oskar Klyava, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
22 dekabr 2012. Bakı. 8-ci km. stadionu. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo (8. Elşən Abdullayev, 79), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi (28. Emin Mehdiyev, 74), 17. Araz Abdullayev (25. Cavid İmamverdiyev, 62), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov.
Baş məşqçi: Böyükağa Hacıyev.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov (37. Andrius Veliçka, 79), 15. Oskar Klyava, 99. Orxan Həsənov (7. Cavid Tağıyev, 69), 22. Ruslan Tağızadə (9. Elşən Məmmədov, 81), 11. Zohair Benuahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 23. Tural Nərimanov, 25. Səbuhi Həsənov, 19. Orxan Səfiyaroğlu.
Baş məşqçi: Vaqif Sadıqov.
| 1 | İnter | 17 | 9 | 6 | 2 | 18 | 6 | +12 | 33 |
| 2 | Simurq | 18 | 9 | 6 | 3 | 21 | 11 | +10 | 33 |
| 3 | Qarabağ | 18 | 8 | 7 | 3 | 23 | 16 | +7 | 31 |
| 4 | Neftçi | 16 | 9 | 1 | 6 | 34 | 20 | +14 | 28 |
| 5 | Qəbələ | 18 | 8 | 4 | 6 | 21 | 18 | +3 | 28 |
| 6 | XL | 18 | 6 | 6 | 6 | 24 | 18 | +6 | 24 |
| 7 | AZAL | 17 | 5 | 7 | 5 | 21 | 19 | +2 | 22 |
| 8 | Sumqayıt | 18 | 5 | 5 | 8 | 17 | 32 | –15 | 20 |
| 9 | Turan | 17 | 5 | 5 | 7 | 19 | 22 | –3 | 20 |
| 10 | Bakı | 17 | 3 | 10 | 4 | 15 | 13 | +2 | 19 |
| 11 | Rəvan | 18 | 4 | 4 | 10 | 16 | 29 | –13 | 16 |
| 12 | Kəpəz | 18 | 2 | 3 | 13 | 11 | 36 | –25 | 9 |
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
9 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan), Zohair Benuahi (AZAL)
6 - Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan).
