23 dekabr 2012 17:55
Cavid oynadı, komandası evdə xal itirdi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu bu gün Türkiyə PTT Birinci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 17-ci turu çərçivəsində “Samsunspor” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən mütləq qələbə ilə ayrılmağı hədəfləmişdi. Lakin həmyerlimizin komandası sadəcə qolsuz heç-heçə ilə kifayətlənib.
Son oyunlarda bir qədər az forma şansı qazanan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. O, qarşılaşmanın 81-ci dəqiqəsində oyuna daxil olub. Lakin Hüseynov komandasına qələbə qazanmaqda kömək edə bilməyib.
“Adana Demirspor” hazırda 27 xalla 18 komanda arasında 6-cı yerdədi.
Türkiyə PTT birinci liqası
17-ci tur
23 dekabr
Adana Demirspor – Samsunspor - 0:0
