23 dekabr 2012 00:46
Edin Nuredinoski yaddaşını itirib
Xəbər verdiyimiz kimi, Azərbaycan Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Şəfa" stadionunda keçirilən "İnter" - "Bakı" oyunu qonaqlae üçün ağır itki ilə nəticələndi. Azerisport.az xəbər verir ki, oyunun 55-ci dəqiqəsində "Bakı"nın qapıçısı Edin Nuredinoski "İnter"in hücumçusu Samir Zərgərovla toqquşaraq başından ciidi zərbə alıb.
Bir müddət hüşünü itirən legioner qapıçı təcili yardım avtomobli ilə xəstəxanaya çatdırılıb. Qapıçını Mərkəzi gömrük klinikasına müşayət edən klubun həkimi Rafiq Hüseynovun açıqlamasına görə, Nuredineskinin zədəsi ciddidi. Makedoniyalı qolkiper güclü zərbədən yaddaşını itirib.
Tomoqrafiya çəkilişinin analizi həyat üçün təhlükə olmadığını göstərsə də, vəziyyət cidiliyini qoruyur.
Ikinci dəfə müayinə olunan qapıçımızın durumunun ağır olduğu bir daha təsdiqini tapıb. Həkimlərin yekdil rəyinə əsasən, Nuredineski ən azı 2 gün ciddi nəzarətdə olacaq. Makedoniyalı futbolçunun xəstəxananı nə zaman tərk edəcəyi də 2 gündən sonra məlum olacaq.
