22 dekabr 2012 12:23

“Bakının səhvi mövsümün əvvəlində çoxlu xal itirməsi oldu”

“Bakı”nın hücumçusu Maris Verpakovski Topaz Premyer Liqasının 18-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Bakı”nı üç oyundu məğlub edə bilmədiyi “İnter”lə sınaq gözləyir...
- Həm bu uğursuz seriya, həm də turnir vəziyyətimiz bizi qələbə qazanmağa məcbur edir. Əgər biz ilk altılığa düşmək istəyiriksə, mütləq qalib gəlməliyik. Güclü rəqibə qarşı oynayacağıq. Özü də onların daha yaxşı çıxış etdiyi öz meydanlarında. Onlar yaxşı müdafiə xəttinə malikdilər və təsadüfi hallarda qol buraxırlar.
 
- 16 oyuna cəmi 6 qol buraxan komandaya qarşı oynamaq hücumçu üçün nə deməkdi?
- Çətin olacaq. Bunun üçün bir hücumçunun yox, bütün komandanın çalışması lazımdı. Rəqib müdafiəsindəki boşluqları tapmağımız, istifadə etməyimiz lazımdı.
 
- “Neftçi” ilə son oyunda iki yaxşı qol epizodu yaxalasanız da, istifadə edə bilmədiniz...
- Onlardan yalnız biri yüz faizli qol epizodu idi. Digəri o qədər də real qol vəziyyəti deyildi. Təəssüf ki, heç birindən yararlana bilmədim. Qol vəziyyətləri yaratmağımız yaxşıdı. “Bakı” tədricən öz oyununu tapır. Bu, çox vacibdi.
 
- Siz razısız ki, hər tur “Bakı” ilk altılığa düşmək şanslarını bir az da azaldır?
- Təəssüf ki, belədi. Bizim əsas səhvimiz onda oldu ki, mövsümün əvvəlində çoxlu səhvə yol verdik. İndi məhz həmin xalların çatışmazlığı hiss olunur. Özü də həmin xalları favorit olmayan komandalarla görüşlərdə itirdik. Lakin yenə də hər şey itirilməyib. Komanda artıq özünü daha yaxşı hiss edir. Hələ “Turan”la da bir oyunumuz ehtiyatdadı.
 
- Bəs siz niyə qol vura bilmirsiz?
- Ola bilər ki, bu meydana o qədər də çox çıxmamağımla bağlıdı. “Neftçi”yə qədər kubok oyununda oynadım və qol vurdum. Mən sadəcə öz şansımı gözləyirəm.
 
- “Bakı”ya heç də əvvəlki Verpakovski gəlmədi. Bununla razısız?
- Bəli. Azərbaycanda öz keyfiyyətlərimi aça bilmədim. Amma səbəbini bilmirəm. Hamı kimi məşq edirdim. Çox ümid edirəm ki, özümü göstərmək üçün hələ şansım olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.